Çapa göndər
Lənkəran teatrı İrana festivala gedir +FOTO (AZpress.AZ-B.Ağaddin)

05 iyul 2019 - 10:54

Canveten.az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub. Bu barədə məlumatı AZpress.AZ-a teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib. Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rejissoru Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )