Çapa göndər
“Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsi keçiriləcək (+FOTOLAR)

05 iyul 2019 - 10:42

Canveten.az xəbər verir ki, diqqətinizə “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsinin icrası ilə bağlı məlumatı çatdırırıq. Layihə 2 qrupda olmaqla ölkənin müxtəlif universitetlərində təhsil alan və müsabiqə əsasında seçilmiş 40 nəfər (hər qrupda 20 nəfər) tələbənin Lənkəran, Astara və Lerik rayonlarında 2 gün müddətində təlim proqramında iştirakını nəzərdə tutur.

Belə ki, ilk 20 nəfərlik qrup iştirakçıları 28.06.2019-cu il tarixində Lənkəran şəhərindəkönüllü fəaliyyət və karyeramövzusunda təlimə başlamış və növbəti gün Astara rayonunda 5 orta məktəbdə məktəb şagirdləri ilə görüşərək onlara öz həyat təcrübələrində təhsil nailiyyətləri haqqında məlumat vermişdir. Layihədə iştirak zamanı tələbələrin Lənkəran və Astara rayonunun tarixi və görməli yerlərini də tanımaq imkanı olmuşdur.

Layihənin keçirilmə məqsədi Region gənclərinin təhsil və karyera imkanları haqqında məlumatlılıq səviyyəsini artırmaqla onları elmi fəaliyyətətəşviq etmək və dolayısıyla cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )