Çapa göndər
Tahir Əmiraslanov Halal restoran hərəkatından danışdı...

29 iyun 2019 - 16:07

Əziz dostlar, yadınızdadırsa ölkəmizə ərəb ölkələrindən çox turist gəlirdi. Sonra onların sayı bir az azaldı. Əlbəttə bu turistlərin içərisində az da olsa əxlaqsız insanlar var idi. Amma əksəriyyəti əsl müsəlmanlar idi. Çoxları ailələri ilə gəlirdilər. Düşünürük ki, bu azalmada əsas səbəblərdən biri ölkəmizdə Halal yemək verən restoranların çox az olmasıdır. Gələn turistlər içərisində Namaz otağı olan, alkaqol satılmayan, halal ərzaqlardan istifadə edən və s. yemək yerləri tapmırdılar. Buna görə də biz və Dünya İslam Kulinariya Birliyinin(DİKB)-WICS - digər üzvləri İlk dəfə Halal restoran hərəkatını başlayırıq. Hərəkat Bakıda 16 iyulda DİKB-nin I Dünya İslam Kulinariya Konqressindən başlayır. Biz Halal restoranları qeydiyyatdan keçirib İslam turistlərinə və əhalimizə məsləhət görəcəyik. Halal olmaqdan başqa həm də ən yüksək səviyyəli restoran və aşpazlara bir, iki və üç ulduzlu Hilal Star ( İslam Mişleni) verilməsinə başlanacaq . Bu tarixi hadisə də Azərbaycandan başlanacaq və bu il 16,17,18 iyulda I Dünya İslam Kulinariya Konqresi, I Halal sərgi və II Beynəlxalq İslam Mətbəxi Çempionatında baş tutacaq. Özünə güvənən Şirkətlərimizi Sponsorluğa, Sərgidə yer almağa, yüksək səviyyəliyəm deyən restoran, otel, şadlıq saraylarımızı, güclüyəm, sənətkaram deyə bilən aşpazlarımızı, şirniyyatçılarımızı, süfrəçilərimizi isə yarışlara dəvət edirik. Əsas Sponsorlarımız Super Sun, AzərÇay və Titan şirkətləridir. Ən yaxşı əla xidmətə, əla dizayna və əla mətbəxə malik 5 Azərbaycan restoranları qonaqları qarşılamaq üçün seçilib. Onları Sizə də məsləhət görəcəyik.