Çapa göndər
AzTU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb (+FOTOLAR)

25 iyun 2019 - 17:43

Canveten.az xəbər verir ki, iyunun 21-də Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin məsul nümayəndələri-professor Assylbek Kanbetov və Almagul Turdaqaliyeva Azərbaycan Texniki Universitetində  (AzTU)  olublar. Qonaqları AzTU–nun rector əvəzi, professor Xalıq Yahudov qəbul edib və Universitet haqqında məlumat verib.

Görüşdə AzTU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında bağlanmış mövcud iki tərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində görülmüş işlər müzakirə edilib.

Daha sonra hər iki universitet arasında ikili diplom müqaviləsi imzalanıb.

Beynəlxalq ikili diplom proqramının  şərtlərinə  uyğun tərtib olunan müqaviləyə əsasən hər iki universitetin tələbələri qarşılıqlı olaraq hər iki universitetdə təhsil alacaq və diplomlar həmin ölkələrdə tanınacaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )