Çapa göndər
“Gənclərin Beynəlxalq Yoqa günü" keçirildi (ViDEO+FOTOLAR)

20 iyun 2019 - 16:08

Artıq mütamədi hər il keçirilən Yoqa festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edilərək təlimlər keçirilməkdədir. 15 iyun İsmayıllı, Qəbələ, 19 iyun isə Lənkarana səfər edən festival iştirakçıları Sülh -  Bərabərlik proqramı üzrə bədən hərəkətləri, nəfəs və meditasiyanın ilkin mərhələləri ilə əhalini tanış etdilər Azpress.az saytın əməkdaşı, Azərbaycan Ciu Citsu Federasiyasın adından  iştirak etdiyi  festival da, təlimin,  Lənkaran sakinləri tərəfindən böyük maraqla qarşılandığını qeyd edir. 

Nəzərinizə çatdırırıq ki, 21 iyun tarixində Bakı Gənclər Mərkəzinin həyətində keçiriləcək “Gənclərin Beynəlxalq Yoqa günü”nə siz də dəvətlisiniz.

Açıq hava yoqa və meditasiya sessiyası Azərbaycan Respublikası Gənclər Fondu, İDEA İctimai Birliyi, Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi, Bakı Gənclər Mərkəzi və The Art of Living Azerbaijan`ın birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir. 

Qeyd edək ki, saat 17:30-da Gənclik metrosunun yaxınlığından avtobuslar birbaşa olaraq Bakı Gənclər Mərkəzinə gələcək. Yoqa matları təşkilatçılar tərəfindən iştirakçılara paylanılacaq, amma matlarınızı özünüzlə də gətirə bilərsiniz. İştirakçılardan rahat geyimdə olmaları və gecikməmələri xahiş olunur.