Çapa göndər
Lombardlar "qara bazar" kimi fəaliyyət göstərir - NƏZARƏT GÜCLƏNDİRİLMƏLİDİR (ViDEO)

15 iyun 2019 - 15:20

Lombardların fəaliyyətinə nəzarət gücləndiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu sahədə vətəndaşların aldadılmasının qarşısını almaq və şəffaflığı təmin etmək məqsədi ilə yeni qanun layihəsi hazırlanıb.

Lombardlar haqqinda qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. Maliyə Bazarlarına Nəzarət Palatasının Hüquq Departamentinin müdiri Əfqan Baxışov yeni qanun layihəsində nəzərdə tutulan tələblərdən danışıb.

Millət vəkili Rüfət Quliyev isə lombardların fəaliyyətini tənqid edib. O, vətəndaşların lombardların fəaliyyəti zamanı problemlərlə qarşılaşdıqlarına diqqət çəkib.

Millər vəkili İlham Əliyev isə bildirib ki, lombardlar "qara bazar" kimi fəaliyyət göstərir. Lombardlar müştərilərin əşyalarını dəyərindən az qiymətləndirirlər.

Qanun layihəsinə bəzi dəyşikliklərin edilməsi təklif edilərək 1-ci oxunuşda qəbul edilib.