Çapa göndər
Yeniyetmə və gənclər rəsm əsərləri vasitəsilə “Narkomaniya- ölümü yaxınlaşdırır, yaxınları uzaqlaşdırır” dedilər (+FOTOLAR)

11 iyun 2019 - 15:32

Canveten.az xəbər verir ki,  "Futbolçulara Hüquqi Yardım Mərkəzi" İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İdman yarışları vasitəsilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkili”  layihəsini həyata keçirir.  

    Layihənin əsas məqsədini yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində idman oyunları vasitəsilə maarifləndirmək  təşkil edir.

    Layihənin icrası müddətində Narkomaniya ilə mübarizə və sağlam həyat tərzinin təbliği ilə bağlı  “Narkomaniya- könüllü olümdür” mövzusunda start verilmiş rəsm müsabiqəsinin yekunları ilə bağlı  8  iyun 2019- cu ildə İsmayıllı rayonu Rəsm Qalereyasında rəsm əsərlərinin qiymətləndirilməsi və  müsabiqədinin yekunları ilə bağlı tədbir  keçirilmışdır.   

   Tədbirdə İsmayıllı rayon İcra hakimiyyətinin, İsmayıllı rayon Təhsil şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, media, QHT nümayəndələrinin iştirakı və  40-a yaxın rəsm əsərinin və əl işlərinin nümayişi həyata keçirilmişdir.

 

    Eyni zamanda tədbir zamanı layihə eksperti tərəfindən zərərli vərdişlər və onlardan necə qorunmaq olar, narkomaniya ilə mübarizədə  qeyri formal metodlar,uşaqların asudə vaxtının  təşkilində idman oyunlarının  rolu və  keciriləcək idman festivalı haqqında  təqdimat etmiş  müzakirələr təşkil olunmuşdur.

 

  “Narkomaniya- könüllü olümdür”  adlı rəsm müsabiqəsinin keçirilməsi problemi dərindən dərk etməklə yanaşı, onun cəmiyyət, ətraf mühit üçün böyük bir bəla olduğunu və rəsm əsərləri vasitəsilə  narkomaniya ilə mübarizə və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşması məqsədi daşımışdır.  

   Elan olunmuş müsabiqə şərtlərinə uyğun olaraq təqdim edilmiş  40- a yaxın  rəsm əsərindən ən çox bəyənilən 5 rəsm müəllifləri müsabiqənin qalibləri elan edilmişdir.   

 

Qaliblərə  I yer- 1 nəfər, II yer- 2 nəfər və  III yer- 2 nəfər olmaqla diplom və mükafatlar təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )