09 iyun 2019 - 00:51
Canveten.az xəbər verir ki, iyunun 7-də Ombudsmanın Cəlilabad Regional Mərkəzi ölkəmizdə keçirilən "İnsan hüquqları" aylığı çərçivəsində Lənkəran Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirib. AZpress.AZ xəbər verir ki, liseyin müəllim və şagirdlərinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləru tədbiri Peşə Liseyinin direktoru Afər Kərimov açaraq gənclərin ölkəmizin içtimai həyatında aktiv iştirak etmələri üçün onların şəxsi karyeralarının qurulmasının vacibliyi, bu məqsədlə yaradılan imkanlar və innovasiyalar barədə məlumat verib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov isə çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.
Z.İsmayılov “İnsan Hüquqları Aylığı”nın əhəmiyyəti barədə məlumat verərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, BMT-nin digər mühüm Konvensiyaları (Qaçqınların statusu haqqında, Kişilərə və qadınlara eyni dəyərə malik əməyə görə bərabər ödəniş haqqında, Soyqırım əleyhinə, İşgəncəyə qarşı, Uşaq hüquqları haqqında), Avropa İnsan Hüquqları Konvensiyası, insan hüquqları sahəsində ölkəmizdə atılan qətiyyətli addımlar, Ümummilli lider Heydər Əliyevin insan hüquqları sahəsinə verdiyi önəm, bu sahədə aparılan ardıcıl islahatlar, 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı, İnsan hüquqlarının müdafiəsinə dair bu ilk Dövlət Proqramında “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” və Təsisatın geniş fəaliyyəti, insan hüquqlarının müdafiəsində Ombudsmanın rolu və vəzifələri, AR-da insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, MFP-nin icrası və monitoringi ilə bağlı Ombudsmanın işgüzar fəaliyyəti, Omudsmanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən digər hüquqi sənədləri ətraflı şərh edib.
Natiq xatırladıb ki, Azərbaycan Respublikası Milli Məclisi 28 dekabr 2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu”nu qəbul etməklə Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün lazımi hüquqi baza yaradılıb.
Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov insan hüquqlarının qorunmasında milli-mənəvi dəyərlərin rolundan bəhs edərək, ölkəmizdə tolerantlıq və multikultural ənənələrin insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində başlıca rol oynadığını vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )