Çapa göndər
Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib (+FOTOLAR)

01 iyun 2019 - 01:11

Canveten.az xəbər verir ki, Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə   “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib.

Tədbir  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən ““Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.  Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəmilə Əhmədova qeyd edib ki, bu gün orta məktəblərdə çox gözəl ənənə formalaşıb. Müxalif mövzular ilə bağlı tədbirlər təşkil olunur. Bu isə şagirdlərdin dünya görüşünün inkişaf etməsində, onların vətənpərvər vətəndaş kimi  formalaşmasında mühüm rol oynayır.  Direktor qeyd olunan layihə çərçivəsində Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə də yer verildiyi üçün layihə təşkilatçılarına təşəkkür edib.

Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri”  İctimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 

Təşkilat rəhbəri bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarədir.

Nəsimi Qarabağlı qeyd edib ki, Aprel döyüşləri ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir.

İctimai Birlik sədri deyib ki, bu döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə aprel döyüşlərinin nəticələrinin hərbi -strateji nöqteyi nəzərdən Azərbaycana verdiyi müsbət məqamlardan danışıb.

Görüşdə iştirak edən məktəbin yuxarı sinif şagirdləri Aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər.  Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet İştirakçılara paylanılıb.

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )