Çapa göndər
Şüvəlan adına yaraşmayan antisanitariya… - KİMDİR CAVABDEH?...(+FOTO)

31 may 2019 - 19:08

CANVƏTƏN informasiya agentliyinə daxil olan məlumata görə, Xəzər rayonunun Şüvəlan qəsəbəsində hökm sürən antisanitariya mühitindən sakinlər artıq beziblər. Bu cür hallar xərçəng kimi bir sıra xəstəliklərin çoxalmasına gətirib çıxara bilər. Çirklənməyə qarşı ciddi nəzarət qoyulmaması bölgədə yaşayan əhali üçün böyük problemdir. Belə halların qarşısının alınması üçün, ətraf ərazidə tullantıların məhv edilməsi üçün müxtəlif təmizləyici qurğuların tikilməsi yaxud da, əhaliyə yaşadıqları ərazini təmiz saxlamaları haqda xəbərdarlıq olunmalıdır. İnformasiya agentliyimiz qeyd edir ki, hökm sürən bu biabırçılığa görə yerli Bələdiyyə orqanı, İcra hakimiyyətinin yerli nümayəndələri məsuliyyət daşıyır. Məsələ ilə bağlı aidiyyəti qurumlara agentliyimiz tərəfindən məktublar göndərilib. Agentlik hökm sürən bu biabırçılıqlarla bağlı qarşı tərəfin də mövqeyini yayımlamağa hazırdır.