Çapa göndər
“Yurd” Şuranın dəstəyi ilə gənclər arasında vətənpərvərliyin təbliği layihəsinə start verir (+FOTO)

21 may 2019 - 10:56

Canveten.az xəbər verir ki, “Yurd”  Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeniyetmə  və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihəyə start verib.

Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihə çərçivəsində Quba və Qusar rayonlarında gənclərin iştirakı ilə hərb tariximizin, milli qəhrəmanlarımızın tanıdılması və təbliği məqsədilə intellektual yarışlar, gənclərin hərbin sirlərinə yiyələnmələri və hərbi xidmətə formalaşdırılması məqsədilə tir atıcılığı və peyntbol üzrə turnirlər, eləcə də gənclər arasında idmanla məşğul olmanın və sağlam həyat tərzinin təbliği  məqsədilə cüdo turnirlərinin keçirilməsi planlaşdırılıb.   Layihədə ümumilikdə 300 nəfərə yaxın gənclin iştirakı nəzərdə tutulub.

May-avqust aylarında həyata keçirilən layihə çərçivəsində ilk tədbir 24 may tarixində Quba rayonunda yeniyetmə və gənclərin iştirakı ilə Nə? Harada? Nə zaman?, Breyn rinq və Xəmsə intellekt çoxnövçülüyü yarışı üzrə təşkil olunacaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )