Çapa göndər
Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilib (+FOTOLAR)

14 may 2019 - 13:58

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanamış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına önəm vermişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir.

Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilib. Mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil  olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilmişdir. Həmçinin, ötən illərdə əkilmiş  ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.