Çapa göndər
“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb (+FOTOLAR)

09 may 2019 - 22:19

Canveten.az xəbər verir ki, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində 9 may - Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirib.
Görüşdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəs­si­sə­ləri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və “BİR” tələbə-könüllülər də iştirak ediblər.
Görüşdə tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə,  o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.
Həmçinin daha sonra Böyük Vətən müharibəsi veteranları “BİR” tələbə-könüllülər ilə görüşərək onlarla 1941-45-ci illər Böyük Vətən müharibəsi vaxtlarından olan xatirələrini bölüşüblər və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )