Çapa göndər
“Riyazi Nəaliyyətlər və Tətbiqlər” adlı II beynəlxalq elmi konfrans keçirilib (+FOTOLAR)

09 may 2019 - 03:58

Canveten.az xəbər verir ki, 03-05 may 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində  AMEA Riyaziyyat və Mexanika İnstitutu  və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Riyazi Nəaliyyətlər və Tətbiqlər”  adlı II beynəlxalq elmi konfrans keçirilib.

Konfransda  Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor  Bilal Bilalov və həmin şöbənin böyük elmi işçisi  f.-r.e.n., dosent Miqdad İsmayılov iştirak ediblər.

Konfransın plenar iclasında professor  Bilal Bilalov  “Qüvvət şəklində çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsi” mövzusunda, dosent Miqdad İsmayılov   isə          “Grand-Lebeq fəzalarında eksponent və triqonometrik sistemlərin bazis xassələri” mövzusunda  plenar məruzə ilə çıxış ediblər.

Alimlərimiz ezamiyyə müddətində, həmçinin professorlar Vərqa Kələntərov, Sofiene Tahar, Amiran Qoqatişvili, Lyoubomira Softova  Palaqaçeva  ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. 

 

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )