09 may 2019 - 03:17
Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Bakı İstanbul liseyinin şagirdləri qonaq olublar. “Fizika aylığı” çərçivəsində təşkil olunan görüşdə məqsəd dünyagörüşünün formalaşdırılması, onlarda fizika elminə marağın artırılması olub.Fizika İnstitutu İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru İlham Həsənovun rəhbərliyi altında İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər.
Məryəm Rafaelqızı
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )