Çapa göndər
Ağacların qorunub saxlanılması məqsədilə MMC rəhbərinə məcburi göstəriş verilib

09 may 2019 - 03:06

Canveten.az xəbər verir ki, Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacıntikinti altına düşmədiyi müəyyən olunub. Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onlarınqorunub saxlanılması məqsədilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )