Çapa göndər
ADAU-nun tələbəsi Türkiyədə Ege Universitetinin Rektoru Professor Necdet Budak və Azərbaycan Tibb Universitetinin Prarektoru Samir Cavadov ilə görüşüb (+FOTOLAR)

03 may 2019 - 23:13

Canveten.az xəbər verir ki, bildirdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin tələbəsi Vəliyev Ruslan Odlar Yurdu" Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu, 6 ölkənin (Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan, Albaniya, Türkiyə və Azərbaycan) təmsil olunduğu "Pieces of some Puzzle" layihəsi çərçivəsində 26 Aprel-6 May tarixlərində Türkiyənin İzmir şəhərindədir.

Ruslan Vəliyev ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası və tədris prosesi haqqında geniş məlumatlar verib.Universitetde Aqronomluq,Baytarlıq və Zoomühəndislik,Aqrobiznes və İdarəetmə,İqtisadiyyat,Mühəndislik və Aqrotexnologiya fakultələrinin olduğunu bildirib. Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında söhbət açıb.

Sonda Ruslan Vəliyev Ege Universitetinin Rektoru Necdet Budaka, Prarektor Kutsal Turana və Azərbaycan Tibb Universitetinin Prarektoru Samir Cavadova ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən kitab hədiyyə edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )