Çapa göndər
Akademik Zərifə Əliyeva - 96

27 aprel 2019 - 02:12

Canveten.az xəbər verir ki, bu gün YAP Xətai rayon təşkilatının  Qadınlar Şurası  Əliyevlər ocağının nəcib və xeyirxah anası, xalqımızın sevimlisi, dünya şöhrətli görkəmli alim, akademik Zərifə xanım Əliyevanın  anadan olmasının  96 – ci ildönümünə həsr  olunmuş   tədbir  keçirmişdir.  Tədbiri giriş sözü ilə   YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli açmışdır.  Çıxış edənlər - 7 saylı  şəhər polikilinkasının  şöbə müdiri Səbinə Həsənova,  8 saylı  uşaq  poliklinkasının baş həkimi Zöhrə  Mehdiyeva Akademik Zərifə xanım Əliyevanın həyat və  elmi fəaliyyətindən  sönbət açmışdır.Qeyd  olunmuşdur ki, oftalmologiya elminin inkişafına  böyük töhfələr   vermiş Akademik Zərifə xanım Əliyevanın  həyatı və  elmi fəaliyyəti  yetişməkdə  olan  gənc nəslə ən  bariz nümunə sayılmalıdır. Tədbirin sonunda  Zəkalar Liseyinin  şagirdləri  Leyla Əliyevanın  Ana haqqında şeirini və Sevil Əliyevanın “Ana” mahnısını ifa etmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )