Çapa göndər
Dünən düşmənlərin qondarma "yazıqlar günü" idi... - Tahir Süleymanov yazır..

26 aprel 2019 - 12:43

Son 100 ildə Qala divarları daşlarının şahidliyi, Şamaxı, Quba və digər bölgələrimizdə, tarixi torpaqlarımız, Irəvandan tutmuş Qarabağ, Xocalıya kimi 10 minlərlə soydaşlarımızın, qadın, uşaqların soyqırımı baş verib.

Unudulur, unutdurulur. Bu, hələ müharibə şəraitində olduğumuz dönəmdi. İnqilab müsibətlərindən az sonra şaumyanların abidələri Bakının mərkəzini bəzəyirdi. Elə düşmənlər də mərkəzdə yaşayırdı, "sapı özümüzdən olan" saxta "bakinets"lərlə kirvələşmişdilər. 20-30 ilə hər şey yaddan çıxarılmışdı...

Repressiya illərində xalqın milli ruhlu əsl ziyalı qaymaqları məhv edildi. Tək özləri deyil, nəsilliklə viranə qoyuldu, sürgün edildi. Vəzifədə olan düşmənlər və onlara mədhiyyələr oxuyan özümüzünkülər tərəfindən...

Millətin son qaymaqları da 20-30 ildi aradan götürülür...

Davam edir 37-i...

Milli ruhu, ideologiyası olmayan xalq, gec-tez məhvə məhkumdur..

Tarix boyu, əsrlərlə müharibələrdən keçilib. Müxtəlif dövrlərdə imperiya maraqları Azərbaycanı, xalqımızı imtahana çəkib. Coğrafi, geosiyasi mövqeyimiz, təbii sərvətlərimiz başımıza bəla olub. Şəhərlərimiz, qalalarımız dağıdılıb, tariximiz saxtalaşdırılıb. Sındıra, məhv edə bilməyiblər...

Azərbaycanın dövlətçiliyi əlimizdən alınıb, ikiyə bölünüb, parçalanıb, amma millətin ruhunu qıra bilməyiblər. Nə qədər ağır, dözülməz olsa da, tariximizi, dilimizi, mədəniyyətimizi qorumuşuq, qoruyacayıq...

İmperiya, sovet rejimi arxadadır. Bu, son deyil.
Əsrlərdi əsarət altında olan Təbrizimiz hər gün AZƏRBAYCAN deyir. Bu xalqın ruhunu heç kim qıra bilməz!

Tarixən mərd, barışmaz, kökü, azad təfəkkürü, birliyi olan xalqları daxildən parçalayıblar. İllərdi "sapı özümüzdən olan baltalar" yetişdirilir. Azərbaycanın, xalqımızın, hər birimizin ən böyük düşmənləri onlardır.

Hər kəs ayıq olmalıdır, ağı qaradan seçməyi bacarmalıdır. Məqsədli aşılanan yüngül həyat tərzi, xalqı düşünənlərə, milli ruhu təbliğ edən əsl soydaşlarımıza qarşı 10-illərdi daxili soyqırım əməliyyatı aparılır. Azərbaycan istər daxildən, istərsə xaricdən snayper nişangahındadır.

Populizmə, emosiyalara yol verilməməlidir. 
Düşüncə, beyin dərinliyi ilə fikirlər bildirilməli, tariximiz qorunmalıdır. Üzdənyanaşmalar hər zaman düşmənlərin xeyrinə olub.

Şirvanşahlar kompleksi tariximiz, bu günlərə kimi qorunub saxlanılan ən mükəmməl qədimliyimiz, dövlətçiliyimizin əyani nümunəsidir. İçəri şəhərin yerüstü, yeraltı hər daşı bizim ruhumuzdur, damarlarımızdan axan qandır.

Tariximiz istənilən səviyyədə qorunmur. Tək Bakı deyil, bölgələrimiz daha acınacaqlı durumdadır. M.Ə. Sabirin ev muzeyi söküldü, yerində "market-moyka" tipli "bina-ev muzeyi" inşa edildi. Bu, tariximizə qarşı cinayətdir. Şəki Qala kompleksində yerləşən tarix muzeyi sovet dövrünün anbarlarını xatırladır. Belə nümunələr çoxdur...

Bütün bunlara baxmayaraq ümumi yaşananlara münasibət bir daha Azərbaycanın ayaqda olmasını sübut edir. Keçmiş fotolar, müəyyən təxribatlar, bilmədən məsələyə fikir bildirilə bilər. Bunlar detallardı. Əsas xalqın ruhu, tariximizə, dövlətçiliyimizə göstərilən reaksiyadır...

Bu, bir daha sübut edir ki, nə qədər istəməyənlər, düşmənlər olsa da, Azərbaycan yaşayır, yaşayacaq, özünü, tarixini qoruyub saxlayacaq.

Azərbaycanın tarixinin yer üzündən silinməsi üçün, son soydaşımıza kimi məhv edilməlidir. Bu iddiada olanlar tarixboyu özləri məhv edilib....

Azərbaycan xalqı böyük xalqdır!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )