Çapa göndər
Prezident İlham Əliyev Çinə işgüzar səfərə gəlib (+FOTOLAR)

24 aprel 2019 - 14:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Can Hanhuy və digər rəsmi şəxslər qarşıladılar.