Çapa göndər
Qüdrət Həsənquliyev haqlıdır: Əhalimiz, “Torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə” hazırlanmalıdır - Faiq İsmayılov yazır..

22 aprel 2019 - 13:17

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev müsahibələrinin birində işlətdiyi “Torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə başlamalıyıq” ifadə xüsusi olaraq diqqətimi çəkdi. Haqlı təklifdir biz ərazi problemimizi gələcək nəsillərə miras qoymağa haqqımız yoxdur. Danışıqlar on illərlə bundan sonra uzadıla bilməz. Ermənistanla son danışıqlarda yaz təsərrüfat işləri ilə bağlı əhalinin təhlükəsizlik məsələsi müzakirə olunduğu bildirilir. Müharibəyə hazırlanan bir ölkənin düşmənlə təmas xəttində mülkü əhalinin yaşaması, eləcədə yaz tarla işləri ilə məşğul olan əhalini müdafiə etmək üçün mühafizə divarları tikmək yolverilməzdir. Az sonra ermənilər tərəfimizdən inşa edilən bu mühafizə divarlarını Azərbaycana “sərhəd” xətti kimi qəbul etdirməyə çalışacaqlar. 
Təcili olaraq mülki əhali təmas xəttindən kənara çəkilməli, müharibə hazırlıqlarına başlanmalı, əhalimiz “sülh”ə deyil “Torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə” hazırlanmalıdır.Necəki, Müdafiə Nazirliyi:“Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır” fikrini haqlı olaraq Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirmişdi. 


 

Torpaqlarımız işğaldan tam azad olmayınca Münaqişənin nizamlanması üçün Minsk qrupunun həmsədrlərinin təqdim etdikləri istənilən farmat Azərbaycan xalqını qane etməyəcək. Təqdim edilən bütün təkliflər yalnız status-kvonun saxlanmasına xidmət edir. Halbuki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistanın status-kvonun saxlanmasında maraqlı olduğunu vurğulayıb.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları, Ermənistanın sonuncu əsgəri Azərbaycan ərazisindən çıxarıldıqdan sonra mümkün ola bilər. Biz bütün varlığımızla çalışıb, ətrafımızı bürüyən rus “xofundan” xilas olmalı və torpaqlarımızın tezliklə azad edilməsi barədə fikirləşməliyik.
Rusiyanı birmənalı olaraq Azərbaycanla Ermənistan arasındakı mövcud vəziyyət qane edir. Rusiya nə Azərbaycan ərazilərinin işğaldan azad olmasını və nə də Ermənistanın blokadadan çıxmasını istəmir. Rusiya, Azərbaycan və Türkiyə ilə Ermənistanın sərhədləri açılarsa və komunikasiya sistemləri bərpa olunarsa o zaman Ermənistanın daha sürətlə qərbə meyllənəcəyini düşünür. 


 

1988-ci ildə Sovet İmperiyanı yaşatmaq üçün, SSRİ ideoloqları tərəfindən düşünülmüş şəkildə yaradılan Dağlıq Qarabağ problemi, Kreml rəhbərləri tərəfindən ssenariləşdirilərək həyata keçirildi. Qarabağda rus imperiyasının saxlanması üçün yaradılan bu etnik münaqişə, nəinki SSRİ-nin dağılma prosesinin qarşısını ala bilmədi, hətta dağılma prosesini daha da sürətləndirdi. Problemi Ermənistan Respublikası vasitəsi ilə həyata keçirən Rusiya, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üçün ciddi hərbi, maliyyə və canlı qüvvə ilə yardımı etdi. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bu problem beynəlxalq ictimaiyyətin ciddi reakssiyasına səbəb olmadı. Çünki, bu münaqişə SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri olduğuna görə, onun aradan qaldırılması Sovet İmperiyasının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Bu səbəbdən Beynəlxalq ictimaiyyət, bu problemin həll edilməsinə ciddi reaksiya vermədi. 
Sovet İmperiyasının dağılması prosesesibdən istifadə edən Ermənistan, məskunlaşdığı əraziləri genişləndirmək üçün, Azərbaycana qarşı illər boyu arzusunda olduğu ərazi iddialarını açıq şəkildə büruzə verdi. Ermənilərin bu istəyinə Rusiya açıq şəkildə dəstək verdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti Ermənistanın daxilində etnik münaqişələri daha da alovlandırdı. Beləki, 1988 – ci ildən Ermənistan ərazisində yaşayan azərbaycan türklərinə və müsəlman kürdlərinə qarşı etnik təmizləmə siyasətini həyata keçirdilər. Qısa zaman ərzində 280 mindən çox müsəlmanı öz dədə-baba torpaqlarından qovdular. 
1988-ci ilin 1dekabrında Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bundan az sonra isə Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağı Ermənistanın ərazisi elan etdi. Bununla da Ermənistan, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını dövlət səviyyəsində rəsmləşdirdi. Ermənistan hökuumətinin bu qərarı, Ermənistanla Azərbaycan arasıbda silahlı münaqişəyə səbəb oldu.


Faiq İSMAYILOV

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )