Çapa göndər
Fazil Mustafanın İlbər Ortaylının "Qafqaz tarixi" adlı mühazirəsi haqqındakı düşüncələri...

15 aprel 2019 - 17:24

Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur tarixçisi İlbər Ortaylının "Qafqaz tarixi" mövzusunda mühazirəsinə dəvət olunmuşdum və bilgilərimi artıqmaq məqsədi ilə iştirak etdim. Zal dolu idi, foyedə də İlbər Ortaylının bizim türkcəmizə çevrilmiş kitabı satılırdı və kitabdan birini aldım. Təbii ki, tədbirin ilk öncə müsbət tərəflərini qeyd edim. 1) İnsanlar əylənmək üçün deyil, bilgi almaq üçün bazar günü dəyərli vaxtlarını sərf edərək mərkəzə gəlmişdilər. 2) Qardaş Türkiyədən bir müğənni deyil, elm adamı gəlmişdi və çoxluğu gənclərdən ibarət olan auditoriya ilə canlı təmas qururdu. 3) Sabah da saat 16.30-da görkəmli türk aliminin Bakı Kitab Mərkəzində kitabına imza günü keçiriləcək və onun sayəsində insanlar kitab satış mərkəzinə sabah baş çəkəcəklər. Tədbirin çatışmayan tərəfləri: 1) Mövzu konkret deyildi və məruzəçi konkret istiqamətlərdə deyil, özünün ümumi dünyagörüşünə əsaslanaraq əslində Qafqaz tarixindən daha çox dünya tarixindən sistemsiz bilgilər verdi və yenilikçi yanaşma yox idi. Yaxşı olardı ki, tədbiri təşkil edənlər ümumi Qafqaz tarixi mövzusu əvəzinə "Osmanlı Dövlətinin Qafqazı Rusiyaya tərk etməsinin səbəbləri" mövzusunda mühazirə mövzusu müəyyənləşdirəydilər və İlbər Hoca da bilmədiyimiz arxiv bəlgələrinə dayalı maraqlı bir çıxış edəydi. 2) Auditoriyadan mikrafonda sıra tutan gənclərimiz sualları mahiyyət üzrə verə bilmədilər. (məs. Səfəvilər Dövlətinə nə zaman İran dövləti deyilməyəcək, yaxud dilimizi niyə türk yazmırıq, və ya Tur Heyerdal deyib ki, Norveçlilər Qafqazdan gedib və s. kimi ənənvi populist suallar hesab edirəm ki, professorun düşüncələrinin açılışına imkan yaratmadı.) Bu cür mühazirə formatındakı tədbirlərdə sual daha çox alimin hansısa elmi mülahizlərinin izahına, təsdiqinə və ya təkzibina yönəlsəydi daha məntiqli olardı.
Bütün hallarda bu ənənənin davam etməsi çox yaxşıdır, insanlarımız ən azı vaxtlarını Türkiyəmizdən gəlmiş bir dəyərli elm adamını dinləməklə keçirdilər.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )