Çapa göndər
Faiq QİSMƏTOĞLU: HAVAYA NORMADAN ARTIQ ZƏHƏRLİ QAZLAR ATILIR

13 aprel 2019 - 02:32

Atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün ölkəmizdə çox böyük tədbirlər həyata keçirilir. Onlardan biri də DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birlikdə keçirdiyi "Təmiz hava” aylığıdır. Artıq 2019-cu ildən bu tədbirlər ildə bir dəfə deyil, iki dəfə keçiriləcək. Bir dəfə martın 28-dən aprelin 28-nə kimi, ikinci dəfə isə avqustun 1-dən 31-dək. Ancaq əvvəlki illərdə bu tədbir ildə bir dəfə keçirilirdi. Tədbirin ildə iki dəfə olması isə atmosferin çirkləndirilməsinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edə bilər.

 

Havanın çirkləndirilməsinin qarşısının alınması tək iki məlum qurumdan deyil, bütövlükdə hər bir insandan, hər bir vətəndaşdan və geniş ictimaiyyətdən böyük məsuliyyət tələb edir. Başqa sözlə demiş olsaq, təmiz havamızı qorumaq bir vətəndaş olaraq hamımızın borcudur. 

Artıq martın 28-dən aprelin 28-dək davam edəcək "Təmiz hava” aylığı geniş vüsət alıb. Bu tədbirin keçirilməsində mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyünün üzərinə də böyük bir missiya düşür. Elə bu bölüyün ən başlıca vəzifəsi təmiz havanın çirkləndirilməsinə qarşı mübarizə aparmaqdı. Demək olar ki, il boyu ekoloji bölük atmosferə normadan artıq dəm qazı atan sürücülərə qarşı ciddi mübarizə aparır, onların arasında maarifləndirmə işləri təşkil edir, nəqliyyat vasitələrində yaranmış texniki qüsurların aradan qaldırmağın yollarını göstərir.Aprelin 11-də də ekoloji bölükdə təmiz havanı çirkləndirən sürücülərə qarşı mübarizə davam edib. Aparılan yoxlamalar və reydlər nəticəsində məlum olub ki, atmosferə zəhərli qazların atılması avtomobillərin buraxılış illərindən asılı olmayaraq, bir çoxlarında müşahidə olunub. Adətən belə bir fikir yaranır ki, yeni avtomobildən atmosferə normadan artıq zəhərli qaz atıla bilməz. Faktlar isə bunun əksini göstərib. Belə ki, buraxılış ili təzə olan bəzi avtomobillər ekoloji bölüyün stasionar postunda yoxlanılarkən onlardan da atmosferə normadan artıq zəhərli qaz atılması aşkar olunub.

Artıq martın 28-dən aprelin 28-dək davam edəcək "Təmiz hava” aylığı geniş vüsət alıb. Bu tədbirin keçirilməsində mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyünün üzərinə də böyük bir missiya düşür. Elə bu bölüyün ən başlıca vəzifəsi təmiz havanın çirkləndirilməsinə qarşı mübarizə aparmaqdı. Demək olar ki, il boyu ekoloji bölük atmosferə normadan artıq dəm qazı atan sürücülərə qarşı ciddi mübarizə aparır, onların arasında maarifləndirmə işləri təşkil edir, nəqliyyat vasitələrində yaranmış texniki qüsurların aradan qaldırmağın yollarını göstərir.

Xüsusən bu gün yük maşınlarından havaya normadan artıq dəm qazı atılır. Məsələn, 99 GJ 612 nömrəli yük maşını stasionar postda polis kapitanı Müşfiq Abbasov tərəfindən saxlanıldı. Həmin maşın yoxlanılarkən ondan atmosferə normadan artıq zəhərli qaz atılması faktı üzə çıxdı. Adətən bu cür maşınlardan atmosferə 1,7 faiz normaya uyğun zəhərli qaz atılmalıdı. Faktlar isə göstərir ki, bu maşında texniki qüsur olduğuna görə, atmosferə 5,89 faiz zəhərli qaz atılır. Polis kapitanı nöqsanları sürücünün nəzərinə çatdıranda sürücü səhvini anlamaq əvəzinə əsib-coşdu:

- Sizin işiniz-gücünü yoxdu? Guya bu ölkədə hər şey düzəlib, bircə bizim işimiz əyridi. Heç belə də iş olar? Dünya dağılmayıb ki?!

Çox təəssüf ki, bəzi sürücülər özlərinin qanunsuz hərəkətinə haqq qazandırmaq istəyir. Qanunu pozmağı bir yana, üstəlik də xidmət aparan yol polisi əməkdaşlarını qınayır. Hər halda, yol polisi qanunu pozmuş sürücüyə öz tövsiyələrini verir, üstəlik də buna görə 50 manat məbləğində inzibati protokol tərtib edir.

Mikroavtobus sürücüsü də stasionar postda saxlanılır. 90 DA 681 nömrəli maşının sürücüsü yol polisləri onu saxladığına görə əsəbləşir. Polis baş serjantı Səyyad Baxışov ona maşının saxlanılması ilə bağlı məlumat verir. Yoxlanış zamanı burda da atmosferin çirkləndirilməsi normadan artıq olması aşkarlanır. Belə ki, bu mikroavtobusdan atmosferə 5,36 faiz zəhərli qaz atılır. Təbii ki, sürücünün nəqliyyat vasitəsini texniki cəhətdən nasaz saxlaması polis serjantı tərəfindən onun nəzərinə çatdırılır və həmin sürücü də elə çalışır ki, mübahisə eləsin. Bəzən sürücülər fikirləşirlər ki, mübahisə eləməklə nəyəsə nail olacaq və cərimə edilməyəcəklər.

Stasionar postda "Mersedes” markalı minik maşını da saxlanıldı. 90 EC 896 nömrəli avtomobilin sükanı arxasında əyləşən sürücü heç bir şey demədən polis baş serjantı Səyyad Baxışovla razılaşdı. Aydındır ki, həmin maşın da yoxlanıldı. Amma yoxlanılana qədər sürücü and-aman edirdi ki, maşını təzə düzəltdirib və hər şey qaydasındadır. Onun bu fikriylə polis baş serjantı razılaşdı. Dedi indi yoxlayarıq, əsl həqiqəti üzə çıxararıq. Müayinə zamanı bu minik avtomobilindən də atmosferə normadan artıq dəm qazı atılması faktı öz təsdiqini tapdı. 

Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmiz hava” aylığı ilə əlaqədar görülmüş və görüləcək işlərlə bağlı məlumat verərək dedi ki, mütəmadi olaraq əməkdaşlarımız atmosferi çirkləndirən sürücülərə qarşı fəal mübarizə aparır. Aprelin 10-na qədər 1500 sürücü saxlanılıb, söhbətlər və maarifləndirmə işləri aparılıb, onlardan 420 nəqliyyat vasitəsinin sürücüsü haqqında inzibati protokol tərtib edilib. Və onların hər biri 50 manat civarında cərimə olunub. Bizim məqsədimiz kimisə cərimə etmək deyil. Bizim vəzifəmiz odur ki, sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və qanuna dəvət etməyə çalışaq. Ən çox ona cəhd edirik ki, sürücülər maariflənsinlər və inzibati cəza olmadan nəqliyyat vasitələrindəki mövcud texniki qüsurları vaxtında aradan qaldırsınlar. Biz həmişə bax, bu missiyanı əsas vəzifəmiz saymışıq. Bir daha sürücülərə tövsiyyə edirik ki, atmosferə normadan artıq zəhərli qazlar atan texniki qüsurlu avtomobillərlə yollarda hərəkət etməsinlər. Bu həm də həmin sürücülərin öz rahatlığı və təhlükəsizliyi üçün lazımdı.

Hər gün keçirilən "Təmiz hava” aylığında ekoloji bölüyün əməkdaşlarından polis kapitanı Müşfiq Babaşov, polis baş serjantları Səyyad Baxışov, Vüqar Cəbrayılov, Ramin Hidayətov yaxından iştirak etməklə sürücülərlə ünsiyyət yaradır, onlarla səmimi münasibət qurur və çalışırlar ki, hər iki tərəf arasında normal əlaqə yaransın. Çünki yol polisi sürücülər və hərəkət iştirakçıları ilə sıx əlaqə yaradanda bu həmişə işin xeyrinə olur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )