Çapa göndər
"Bizim İstədiyimiz Gələcək" layihəsinə start verilmişdir (+FOTOLAR)

12 aprel 2019 - 23:32

Canveten.az xəbər verir ki, 06.04.2019 tarixində AYAFE gənclər təşkilatı və Ekosivil Dünya klubunun təşkilatçılığı, Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə həyata keçirilən "Bizim İstədiyimiz Gələcək" layihə çərçivəsində ilk təlim baş tutmuşdur.

Layihənin 1-ci mərhələsi olan "Dünyamızı dəyişən 17 rəng" adlı təlim çərçivəsində iştirakçılara ilkin biliklər çatdırılmışdır.

Təlimçi qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi" kafedrasının baş müəllimi Miraqil Seyidzadə çıxış etmişdir.

Daha sonra çay fasiləsinə yollanan iştirakçılar, çay fasiləsindən sonra "Tənəzzülə uğramış xəyali bir ölkənin davamlı inkişafı üçün atdığı addımlar" adı altında praktiki oyunda iştirak etmiş, öz təqdimatlarını hazırlamışdırlar.

Qeyd edək ki, "Bizim İstədiyimiz Gələcək" layihəsi çərçivəsində təlimlər növbəti həftələrdə də davam edəcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )