08 aprel 2019 - 23:15
Canveten.az xəbər verir ki, 06 aprel 2019-cu il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.
Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )