05 aprel 2019 - 12:29
Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Baki-Türk Anadolu liseyində görüş keçirilib. Görüşdə məqsəd elmə marağı artırmaq,elmin populyarlaşdırılması, məktəblilərin fizika elmi sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. GAMŞ-ın üzvlərini ilk olaraq liseyin müdiri Nurullah Feyzi Yazıcı qəbul edib. O, Fizika İnstitutunun gənc alim və mütəxəssislərin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, gələcəkdə də liseyin Şura ilə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova liseyin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib. Qeyd edib ki, məqsəd şagirdləri Fizika İnsitutu ilə tanış etmək, burada görülən işlər haqqında onları məlumatlandırmaqdı.
Görüşdən sonraGAMŞ-ın üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.
Məryəm Rafaelqızı
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )