02 aprel 2019 - 19:18
Canveten.az xəbər verir ki, AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizinin Hidrometeorologiyası şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.d. Nazim Əhmədov və Ramin Atakişiyev martın 27-dən 30-dək Cənubi Xəzərdə yerləşən Qızılağac körfəzində ekspedisiyada olmuşlar.
Tədqiqatçılar Qızılağac körfəzinin morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini xarakterizə edən məlumatlar əldə etmək məqsədilə kiçik və böyük körfəzlərdə əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürmüşlər. Onlar həmçinin, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplamışlar.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )