Çapa göndər
Əməkdaşımız Tacikistanda ezamiyyətdə olub (+FOTOLAR)

02 aprel 2019 - 18:28

Canveten.az xəbər verir ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.-r.ü.f.d, dosent Ədalət Ətayi mart ayında Tacikistan Elmlər Akademiyasının (TEA) prezidenti, akademik Farxod Rahiminin dəvəti ilə həmin ölkədə elmi ezamiyyətdə olub.

Ezamiyyətin əsas məqsədi Ə.Ətayinin rəsmi opponent qismində TEA Astrofizika İnstitutunun əməkdaşı Abduljalal Səfərovun fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alması üçün təqdim etdiyi ”Kometlərdə anomal quyruğun  yaranması  şəraitinin tədqiqi” (“Исследование условия образования аномального хвоста комет”) mövzüsunda dissertasiya işinin müdafi­əsində iştirak edib.

Ezamiyyət müddətində Ə.Ətayi TEA Astrofizika İnstitunun əməkdaşları üçün “N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında planetlərin tədqiqi” mövzusunda məruzəsini təqdim edərək, Rəsədxanada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. Məruzə ilə bağlı suallar cavablandırılıb. Seminarın sonunda TEA Astrofizika İnstitutunun direktoru, TEA-nın müxbir üzvü G.Koxirova çıxış edərək, belə görüşlərin ŞAR və TEA Astrofizika İnstitutu arasında əvvəlki illərdə olan əlaqələrin daha da möhkəmləndirilməsi yolunda əhəmiyyətini vurğulayıb.

Ezamiyyə xərcləri Tacikistan Elmlər Akademiyası tərfindən ödənilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )