Çapa göndər
Bakı şəhərində ağacəkmə aksiyası keçirilib (+FOTOLAR)

02 aprel 2019 - 04:01

Canveten.az xəbər verir ki, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.

30 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.  

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )