Çapa göndər
BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər (+FOTOLAR)

22 mart 2019 - 20:18

Canveten.az xəbər verir ki,  

Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.

Hava şəraitindən asılı olmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev kollektivi təbrik edib, xoşbəxtlikvə firavan həyat arzulayıb.

Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost və ülfət bayramı olduğunu qeyd edərək təbriklərini çatdırıb.

Yaşlı, orta və cavan nəslin nümayəndələrinin iştirakı ilə möhtəşəm Novruz tonqalı alovlandırılıb və tədbir tələbələrin tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etmələri ilə başa çatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )