Çapa göndər
AzTU da Əcnəbi tələbələrin “Novruz” festivalı təşkil olunub (+FOTOLAR)

15 mart 2019 - 20:44

Canveten.az xəbər verir ki,  martın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan  əcnəbi tələbələrin “Novruz” festivalı keçirilib.

Festivalı giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, AzTU-da əcnəbi tələbələrin “Novruz” festivalının keçirilməsi ənənəsi əvvəllər də mövcud olub və bu ənənənin yenidən bərpa olunması təqdirəlayiq haldır. Rektor əvəzi əcnəbi tələbələri ölkəmizin dostu olmağa çağırıb və onları bayram münasibəti ilə təbrik edib.

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxışında AzTU- da təhsil alan əcnəbi tələbələrin təhsilində , sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb və onları bayram münasibətilə təbrik edib.

Universitetin Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyə Ağayeva və Əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri, professor Elçin Mustafayev isə çıxışlarında son illər AzTU-da beynəlxalq əlaqələr, layihələr və əcnəbi tələbələrin universitetə cəlb olunması ilə bağlı görülən işlərdən danışıblar.

Tədbirdə xarici tələbələr Azərbaycan dilində “Novruz” adət-ənənələrinə aid səhnəciklər nümaiş etdiriblər və şeirlər səsləndiriblər. Bir qrup əcnəbi məzun isə vide bağlantı ilə festival iştirakçılarını bayramını təbrik edib.

Sonda festivalda fəal iştirak edən əcnəbi tələbələrə serifkatlar, əcnəbi tələbələrin hazırlıq kurslarında dərs deyən azərbaycan dili müəllimi Aynur Fərəcovaya və rus dili müəllimi Tamilla Hüseynovaya isə mükafat təqdim olunub.

Qeyd edək ki, əcnəbi tələbələrin “Novruz” festivalını xarici qonaqlar da izləyib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )