Çapa göndər
POLŞA MİLLİ NÜVƏ TƏDQİQATLARI MƏRKƏZİNİN NÜMAYƏNDƏ HEYƏTİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUB (+FOTOLAR)

14 mart 2019 - 19:40

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda  “Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin” (PMNTM) nümayəndə heyəti –“Materiallar fizikası” şöbəsinin direktoru Yaçek Yaqielski, “Material tədqiqatlar” laboratoriyasının rəhbəri Lukas Kurpaska və başqalarıqonaq olublar. Qonaqlar ilk olaraq, İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüşüblər. Görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub. N.MəmmədovFizika İnstitutunun  fəaliyyəti, elmi nəticələri haqqında qonaqlara məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib.

Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov, İnstitutun əməkdaşları, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov və kimya üzrə fəlsəfə doktoru Ziya Əliyev iştirak edib.

Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )