Çapa göndər
Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (+FOTOLAR)

14 mart 2019 - 11:28

Canveten.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA)Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Akademiyanın rəisi Qulu Novruzov, bu ali təhsil ocağının professor-müəllim heyəti və inzibati heyətiiştirak edib.

Akademiyanın inzibati binasının yerləşdiyi Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin yol kənarına 100-dək müxtəlif ağac növləri əkilib.

Tədbirzamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Aksiya zamanı evkalipt, şam, eldar şamı, küknar, kiparisvə digər ağac növləri əkilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )