Çapa göndər
AzTU-da Novruz şənliyi təşkil olunub (+FOTOLAR)

14 mart 2019 - 10:58

Canveten.az xəbər verir ki,  Azərbaycan Texniki Universitetində (AzTU) Novruz şənliyi keçirilib. Şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov bu gözəl bayram münasibəti ilə universitet kolektivini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib. Son illər ölkəmizdəyüksəkixtisaslı mühəndis kadrların inkişafından söz açan rektor əvəzi, tələbələrə karyeralarında və həyatlarında uğur arzulayıb.

Təbrik çıxışından sonra professor Xalıq Yahudov universitetin həyətində qalanan Novruz tonqalını alovlandırıb.

Şənlikdə tanınmış müğənnilərin ifasında mahnılar səslənib  və  AzTU-nun yaradıcı tələbələri müxtəlif səhnəciklər nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər. Tələbələrin ifasında “Kosa”,  “Keçəl”,  “Bahar qızı” obrazları şənliyi daha da möhtəşəm edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )