14 mart 2019 - 10:29
Canveten.az xəbər verir ki, martın 13-dəAzərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB)Ümumi yığıncağı keçirilib.Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və BTEB bürosunun üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, BTEB üzrə AMEA-nın professorları və aidiyyəti məsələlər üzrə dəvət olunmuş əməkdaşlar və qonaqlar iştirak ediblər.
Akademik Əhliman Əmiraslanoviclası giriş sözü ilə açaraqgündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq AMEA-nın müxbir üzvü Arif Məmmədovun “Aviadispetçerlərin psixofizioloji göstəricilərinin tədqiqi və korreksiyası” mövzusunda elmi məruzəsi dinlənilib,məruzə ilə bağlı müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.
Tədbirdəbölmənin elmi müəssisələrində 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verilib. Bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 12nəfər qəbul edilib.Sonra dissertasiya mövzularının adları və elmi rəhbərləri təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Ümumi yığıncaqda BTEB elmi müəssisələrinin 2019-cu il üzrə elmi-tədqiqat planlarının müzakirəsi aparılıb, müvafiq qərar qəbul edilib. Həmçinin digər qərarla Milli Onkologiya Mərkəzi ilə AMEA Biofizika İnstitutunun “Molekulyar və hüceyrə onkologiyası” birgə laboratoriyasının yaradılması ilə bağlı AMEA-nınRəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlarının “C3 və C4 bitkilərin quraqlıq stressinə fizioloji-biokimyəvi adaptasiyası” monoqrafiyasının nəşri, eləcə də Botanika İnstitutunun “Plant&FungalResearch” elmi jurnalının redaksiya heyətinin təsdiqi haqqındaqərarlar qəbul edilib.
Sonra AMEA Rəyasət Heyətinin “Göbələk mənşəli bioloji aktiv maddələr: əsas produsentləri, sintezi, tətbiq sahələri və perspektivləri elmi məruzəsi haqqında”, “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarlarının icrası barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
YığıncaqdaMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov 70 illik, Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, AMEA-nın professoru Elşad Əhmədov 50 illik yubileyləri ilə əlaqədar BTEB-inFəxri fərmanları ilə təltif olunublar.Həmçinin “Elm günü” ilə əlaqədar BTEB elmi müəssisələrinin bir qrup əməkdaşının, 60 illik yubileyi münasibətilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq muzeyinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rəna Mirzəzadəninbölmənin Fəxri fərmanı ilə təltif edilməsiqərara alınıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )