12 mart 2019 - 14:49
Paşinyan sabah Ermənistan Təhlükəsizlik Şurasının iclasını Azərbaycanda - Qarabağda keçirəcək.
Erməni rəhbərliyinin Qarabağda rəsmi şəkildə toplanması Azərbaycana açıq-aşkar meydan oxumaq, işğalı ilhaqa çevirmək cəhdidir.
Bu, bir dövlət olaraq Azərbaycan Respublikasının, hər bir azərbaycanlının şərəf məsələsidir. Azərbaycan dövləti bu təxribatçı, avantürist akta ən sərt şəkildə reaksiyasını göstərməlidir. Hərbi, siyasi, diplomatik vasitələr... səfərbər olunmalıdır (gecikmiş olsa belə).
Eyni zamanda, dünya azərbaycanlıları sosial şəbəkələrdə, bütün mümkün müstəvilərdə heysiyyatımıza qarşı yönəlmiş bu erməni təxribatına cavab verməlidir.
Qarabağ Azərbaycanındır!!!