Çapa göndər
Muğam Mərkəzində ADMİU-nun “Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək (+FOTO)

05 mart 2019 - 02:08

Canveten.az xəbər verir ki,  4 mart tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin “Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək. 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Konsertdə Estrada sənəti kafedrasının tələbələri yerli və xarici bəstəkarların əsərlərini ifa edəcək. Konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva, aparıcısı Abbasağa Əlizadədir. Konsertdə nümayiş olunacaq slaydlar Şıxəli Bağırzadə tərəfindən hazırlanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )