Çapa göndər
Xalq artisti Aygün Kazımova martın 1-də “Chicago Club”dadaha bir konsert verib (+FOTOLAR)

05 mart 2019 - 02:01

Canveten.az xəbər verir ki,  Aygün Kazımova konsertdən öncə rəqqaslarla məşqlər edərək gecəyə xüsusi hazırlaşıb. Hər zaman şouları ilə tamaşaçılarını təəccübləndirməyi bacaran Aygün Kazımova səhnəyə elə rəqqasların çiynində gəlib. O, daha sonra bar masasını səhnə kimi istifadə edərək çıxışını orada davam etdirib. Konserti "Ya i tı" mahnısı ilə başlayan xalq artisti, gecə boyu illərdi xalqın dilindən düşməyən, hitə çevrilmiş “Sevgilim süz”, “Ya devuşka vastoçnaya”, “İndi sənsiz”, “Mən Aygünəm”, “Səni düşündükcə”, “Paramparça” kimi başqa mahnılarını və “DUY” albomundakı son bəstələri canlı ifa edib. Konsertdə yadda qalan başqa bir məqam isə Aygün Kazımovanın “Kim dinler sizi” adlı türk mahnısına yeni nəfəs verməsi olub.

Eyni zamanda Aygün Kazımova konserti izləməyə gələn qonaqların masasına yaxınlaşaraq onları salamlayıb, canlı ünsiyyət qurub. Halqa götürərək barın üstünə çıxan sənətçi həm onu belində fırladıb, həm də canlı ifa edərək qonaqları heyrətləndirməyi bacarıb. Konserti izləyəməyə gələnlər arasında məşhur simalar, Fransadan gələn xüsusi qonaq da olub.

Qeyd edək ki, Aygün Kazımova “Chicago Club” konsertindən sonra 8 mart Beynəlxalq Qadınlar Günündə Quba “Şahdağ Hotel”də möhtəşəm şou konserti ilə çıxış edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )