Çapa göndər
Qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib (+FOTO)

05 mart 2019 - 00:00

Canveten.az xəbər verir ki,  Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdəiki ay reabilitasiyakeçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )