Çapa göndər
Qurumuş ağacların yerinə yeniləri əkilib (+FOTOLAR)

02 mart 2019 - 02:56

Canveten.az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəAbşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindənXırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində bir müddət əvvəl qurumuş və kəsilmiş şam ağaclarının yerinə 100-ə yaxın ağac əkilib, bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilib. Tikinti aparılan ərazidəki qurumuş ağaclar isəAbşeron rayon Prokurorluğunda istintaq aparıldığından maddi sübut kimi saxlanılıb. İstintaq başa çatdıqdan sonra həmin ağacların yerinə yenilərinin əkilməsi təmin ediləcək.

Xatırladaq ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 21 şam ağacının“Xalq city” MTK tərəfindən tikinti işləri aparılan zaman qurudulması, aşması və kəsilməsi faktı ilə bağlı ETSN tərəfindən akt tərtib edilərək təbiətə8240 manat məbləğində ziyan dəydiyi hesablanmışdı.Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi  üçün toplanmış materiallar Abşeronrayon Prokurorluğuna göndərilmişdi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )