Çapa göndər
Şou əhli arasında sənin kimi abırlı, ismətli xanım tanımıram - Elçinin "dinc" durmayan dilindən

01 mart 2019 - 12:56

Müğənni Röya Ayxan bir sayta verdiyi açıqlamasında deyib: “Nəsib Nur kimi arıqlamağa qərar vermişəm. 47 kq. idim, indi 60 olmuşam. Bu ölkədə bir dənə gombul bizik?


P.S. Yox Röya xanım, bu ölkədə tək gombul sən deyilsən. Amma abır-həyada, bədəniyyətdə sən təksən və əvəzin yoxdur, mən ölüm. Ətövbə, mən şou əhli arasında sənin kimi abırlı, ismətli xanım tanımıram. Halal olsun səni böyüdən valideynlərinə. Hansı çəkidə olsan da mən sənin əbədi fanatın olacağam... 

 

Elçin Məmmədli