16 fevral 2019 - 01:45
Canveten.az xəbər verir ki, fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər (HEB) Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş dissertantlar və onların elmi rəhbərləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq HEB-ə daxil olan elmi müəssisələrdə kadr hazırlığının təkmilləşdirilməsi məsələsinə baxılıb. Müzakirədən sonra institut və təşkilatların rəhbərlərinə bu istiqamətdə tövsiyə və tapşırıqlar verilib, bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.
Akademik Teymur Kərimli bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 32, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 17, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 10 nəfər qəbul olunub. Akademik-katib doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsini tövsiyə edib. T.Kərimov vurğulayıb ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, eyni zamanda müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir.
Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Sonra bir sıra cari məsələlərə baxılıb.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )