Çapa göndər
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib (+FOTOLAR)

13 fevral 2019 - 17:34

Canveten.az xəbər verir ki,  bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Hesablama riyaziyyatı və informatika” şöbəsinin böyük elmi işçisi,  texnika üzrə fəlsəfə doktoru Vüqar Sadıxov “Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldırılması” mövzusunda məruzə edib.

Məruzədə xətti diferensial tənliklərlə təsvir edilmiş rəqəmsal idarəetmə sistemlərində müşahidə olunan siqnal gecikmələrinin analitik yol ilə aradan qalırılması məsələsi göstərilib. Sistemin analitik həlli matris eksponenti metodu əsasında axtarılır. Dolayı ölçmə və situasiyaya görə idarəetmə məsələlərində belə korreksiyanın əsaslı surətdə dəqiqliyin artırılmasınabilavasitə xidmət etdiyi göstərilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )