Çapa göndər
Günay Məmmədzadə yenidən çempion oldu

13 fevral 2019 - 15:23

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Canveten.az  “Report"a istinadən xəbər verir ki, federasiyanın binasında keçirilən yarışda qalib adını Günay Məmmədzadə qazanıb. O, IX turda qara fiqurlarla İsmayıl Mələkə qalib gəlib. Bununla da xallarını 8,5-ə çatdıran Məmmədzadə yenidən ölkə çempionu olub.

O, daha əvvəl - 2017-ci ildə bu adı qazanıb.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) daha əvvəl fevral ayı üçün reytinq siyahısında Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )