Çapa göndər
Bakıda qaz sızmasından partlayış oldu

13 fevral 2019 - 14:57

Bakıda evdə partlayış baş verib. Canveten.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Əlavə məlumat veriləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )