Çapa göndər
Rusiya İnformasiya-Mədəniyyət mərkəzində gənc istedadların konserti keçirilib (+FOTOLAR)

07 fevral 2019 - 16:43

Canveten.az xəbər verir ki, 1 fevral 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət mərkəzində gənc istedadların konserti keçirilib. Konserthəril 2 fevralqeyd olunan gənclər Gününə həsr olunub. Qeyd edək ki, azərbaycan gənclərinin I Forumu 1996-cı il fevralın 2-də baş tutub.

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Azərbaycanın əməkdar artisti Rəna Əliyeva və BMA-nın müəllimi Alyona İnyakina iştirak ediblər. Konsert proqramında azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də müasir estrada musiqisi səslənmişdir: S.Raxmaninovun “Mən yenə də tənhayam” romansı (ifa edirdi:Rəna Əliyeva, fortepianoda müşayiət edirdi: Aydan Cəfərova), S.Raxmaninov “Musiqi anı” №4 (ifa edirdi:Mədinə Ağayeva), "Da Piango gemo" (ifa edirdi:Ruslan Persan, müşayiət edirdi - Alyona İnyakina), F.Listin 2 saylı «Macar Rapsodiyası» (fortepiano dueti - Günel İmanova, Eldarlı Gülnaz), MotsartınA-dur sonatasının III hissəsi (ifa edirdi:Firuzə Bəylərova), Cadzotto “Adajio” (ifa edirdi:Aminat Əhmədova), M.Qlinka “Patetik trio” – III, IV h.(ifa edirdilər:İsmayıl Cəfərov – violino,Gülnar Hacıyeva – faqot, Adilə Nurizadə -fortepiano), B.Kempfert «Strangers in the night» mahnısı (ifa edirdi:Emil İsmaylov), Q.Qarayev “Eskiz” (ifa edirdi:Əzizə Ələkbərli), S.Raxmaninov “Mən səni gözləyirəm” romansı (ifa edirdi:Rəna Əliyeva, müşayiət edirdi: Leyla Cəfərova), T.Quliyev  “Qaytağı”  (ifa edirdi:Fidan Mirqeydarzadə), İ.Krutoy  “Yorulmuş qu quşların” məhəbbəti (duet – Aminat Əhmədova, Emil İmaylov).

Konsert Rusiya İnformasiya-Mədəniyyət mərkəzi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə əməkdaşlığı nəticəsində ərsəyəgəlib. Qeyd edək ki, təşkilati dəstəy isəBMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən həyata keçirilib.

Tədbirin sonunda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov konsertin uğurlu keçirilməsi ilə əlaqədar BMA-nın rəhbərliyinə, konsertin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )