Çapa göndər
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib

06 fevral 2019 - 23:42

Canveten.az xəbər verir ki,  bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA Prezidentinin  AMEA-nın strukturunun optimallaşdırılması və idarə edilməsinintəkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı" nın icrası haqqında  sərəncamları ilə tanış edib.

Sonra I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin Fənn Proqramlarını və Dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.

İclasda həmçinin I və II kurs magistrlərin 2018/2019 tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib.

Sonda 14 dekabr 2018-ci il tarixli "Elm" qəzetində dərc olunmuş elana əsasən keçirilmiş müsabiqə  və bir sıra cari məsələlərəbaxılıb.        

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )