Çapa göndər
Azad Rəhimov: “Qran-pri də daxil olmaqla, daha 5 yarışa ev sahibliyi etməyə hazırıq”

05 fevral 2019 - 22:13

“Formula 1″ yarışı ilə bağlı Bakıya xeyli sayda idman həvəskarı gəlir”. Musavat.com xəbər verir ki, bu fikri gənclər və idman naziri Azad Rəhimov “Formula 1” şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib. O, bildirib ki, bu, bizim hamımız üçün qürurverici hadisədir:

“Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıdakı “Formula 1” yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı həftəsonu yarışlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Hər il “Formula 1” üçün dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur: “Çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusən Azərbaycan Qran-prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək cənab Çeyz Kerri başda olmaqla “Formula 1″də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm”.

A.Rəhimovun sözlərinə görə, müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları “Formula 1″in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər: “Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və böyük məmnuniyyətlə builki Qran-pri də daxil olmaqla, daha 5 yarışa ev sahibliyi etməyə hazırıq”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )