Çapa göndər
Gəncə, Biləsuvar və Lənkəran şəhərlərində “AXC-nin 100 illiyinin qeyri formal təbliği” layihəsi keçirilib (+FOTOLAR)

05 fevral 2019 - 20:48

Canveten.az xəbər verir ki,  2-23 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Gəncə, Biləsuvar və Lənkəran şəhərlərində “AXC-nin 100 illiyinin qeyri formal təbliği” layihəsi keçirilib.

Tədbirdə region üzrə ən aktiv təşkilatlarının onlayn müsahibə əsasında minə yaxın gəncin arasından seçilmiş 120 üzvü iştirak edib.

Tədbirin birinci hissəsində iştirakçılar ilk öncə komanda qurmağa (teambuilding) yönəlmiş müxtəlif oyunlar oynayıb və bir birləri ilə yaxından tanış olublar. 

Daha sonra 5 müxtəlif qrupa bölünərək AXC-nin tarixi, nailiyyətləri və əsas simalarına həsr olunmuş sual-cavab müsabiqəsində iştirak ediblər və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarxı izləyiblər.

Birinci hissə “AXC mənim üçün hansı əhəmiyyəti kəsb edir və AXC-nin ən böyük nailiyyətləri nədir?” sualı altında maraqlı müzakirələrlə yekunlaşıb.

Tədbirin ikinci hissəsində iştirakçılara qeyri-formal təhsilin əhəmiyyəti, cəmiyyətin inkişafında rolu haqqında ilkin məlumat verilmiş, onun digər təhsil formalarından (informal, formal) fərqi barədə müzakirələr aparılıb. Daha sonra qeyri-formal təhsilin hansı meyarlara cavab verməli olması, metodları və əsas prinsipləri barədə də məlumatlar verilib.
Son hissədə iştirakçılara kiçik layihələr hazırlamaq barəsində məlumat və təlimatlar verilib, iştirakçılar qruplara bölünərək AXC-nin qeyri-formal təbliğini təmin edəcək kiçik layihələr hazırlayaraq qısa təqdimatlar ediblər. 

Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edən gənclər “AXC ADAU gənclərinin gözü ilə” layihəsi, Mingəçeviri təmsil edən gənclər AXC-nin 100 illiyinə həsr olunmuş “Xəmsə” İntellektual oyunu ideyasını irəli sürmüş, bundan əlavə “Demokratiyanın uşaqları”, “Əbədiyyətə oyanış”, Lənkəranı təmsil edən gənclər “AXC-nin 100 illiyinə həsr olunmuş məktəblərarası bilik yarışması”, “AXC 100 il - Keçmişdən gələcəyə” adlı layihə təklifləri də dinlənilmişdir. İdeya müəllifləri yaxın zamanda bu layihələri həyata keçirib NAYORA-ya hesabat yollayacaqlarını da qeyd ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )