Çapa göndər
Yarpaq dolması alimlərin “qara siyahı”sında - Çox yeyənlər təhlükədədir

04 fevral 2019 - 03:49

Xərçəngə səbəb olan qidalarla bağlı dəfələrlə yazılmasına baxmayaraq, bu qidaların siyahısı hər gün bir az da genişlənir. Son araşdırmalar zamanı yarpaq dolması üçün istifadə olunan duza qoyulmuş üzüm yarpağı da bu siyahıya daxil edilib.

Canveten.az medicina.az-a istinadən xəbər verir ki, duza qoyulmuş üzüm yarpağında həddən artıq miqdarda nitrat maddəsi olur. Qəbul etdikdə bu qidalar orqanizmdə xərçəng yaradan nitrozaminlərə çevrilir və DNA-nı zədələyir.

Araşdırmaya görə, rasionunda duza qoyulmuş yarpaq dolmasına geniş yer verən insanlarda mədə xərçəngi riski digərlərinə nisbətən qat-qat artıqdır.

ədə xərçəngi yaradan digər qidalara isə şorabalar da daxil edilib. Əsasən şərq, həmçinin yerli mətbəximizdə geniş yer verilən marinə edilmiş meyvə və tərəvəzlər də mədə xərçənginə səbəb olur.

Təhlükə riskini azaltmaq üçün bu cür qidaları evdə, duz miqdarına nəzarət edərək hazırlamaq daha məqsədəuyğundur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )